
Suriya türməsində yanğın baş verdi
ИТАР-ТАСС agentliyinin yaydığı məlumata görə Suriyanın Latakiya şəhərində məhbuslar türməni yandırmışlar. Onların məqsədi kütləvi qaçış olmuşdur. Lakin yanğın güclü olduğundan plan baş tutmamışdır. "8 məhbus həlak olsa da, qalanları hospitala çatdırılmışdır. Xilas olunan 25 nəfərin 17-sinin vəziyyəti olduqca ağırdır" - deyə polis rəisi Kamal Fəteyih sözlərinə əlavə edib: "yanğın türmənin küncündə, ölüm kamerasında baş verib." O.M. |
Digər xəbərlər