Düşmən bu gecə də susmayıb

Düşmən bu gecə də susmayıb

2 Aprel 2013 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

O.M.