33 yaşlı kişi işsizlikdən özünü asdı
Martın 31-də Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Təbriz küçəsi 86 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Qəhrəmanov Zaur Mikayıl oğlu özünü asıb. Onun meyiti yaşadığı mənzildə yaxınları tərəfindən tapılıb. Məlumata görə, Z.Qəhrəmanov ailəli və işsiz olub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.
O.M.
Digər xəbərlər