
Ermənilər Gürcüstanda 100-ə yaxın yeni şirkət açıb
Son vaxtlar erməni iş adamlarının Gürcüstana axını başlayıb. Səbəb isə Ermənistanda biznes fəaliyyəti üçün şəraitin olmamağıdır. Məhz bu üzdən erməni biznesmenlər Gürcüstana kapital yatırmaq qərarına gəliblər.
Gürcüstan KİV-lərindən yayılan bilgilərə görə, erməni biznesmenlər son bir ildə Gürcüstanda 100-dən artıq şirkət açıblar. Erməni iş adamları həmçinin bu ölkədə ermənilərin yaşadıqları bölgələrə də investisiya yatırır, imkansız və aztəminatlı ermənilərə ianələr verir, maddi və sosial yardım edirlər.
Bu şirkətlər Gürcüstan Erməniləri Konqresinin fəaliyyətini də dəstəkləyirlər. Konqresin fəaliyyəti məhz erməni iş adamlarının maliyyə dəstəyi ilə Gürcüstan KİV-də, özəlliklə də "Region TV" kanalında işıqlandırılır. Məsələn, bu günlərdə erməni konqresinin "Sumqayıt hadisələri" ilə bağlı anım tədbiri adıçəkilən kanalda geniş işıqlandırılıb.
Ermənilər unutsalar da, Gürcülər unuda bilməzlər ki, 1918-ci ildə Ermənistan Gürcüstanın üzərinə hücuma keçərək, Şərqi Borçalını işğal edib...
Tofiq Əliyev
O.M.