Zərdabda alovlanan evi 3 yanğınsöndürən maşın güclə söndürdü
Zərdab rayonunda evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Dəluquşçı kəndində qeydə alınıb. 1936-cı il təvəllüdlü Mehrəliyev Vəli Usub oğluna məxsus 1-mərtəbəli 4-otaqlı evdə güclü yanğın baş verib. Ümumi sahəsi 140 kv.m olan evdə baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın baş verən 1 otaq əşyaları ilə birlikdə yansa da, yanğınsöndürənlərin səyi nəticəsində qalan 3 otaq yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər





























































































