İki övladının dəfn edildiyi qəbiristanlıqda özünü öldürmək istədi
Gəncədə intihara cəhd hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhərin Sadıllı qəsəbəsində yaşayan, 1937-ci il təvəllüdlü Pakizə Qəhrəmanova dünən iki övladının dəfn edildiyi İmamzadə qəbiristanlığında kimyəvi məhlul içərək özünü öldürmək istəyib. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən P. Qəhrəmanovanın səhhətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər






































































.jpg)
.jpg)
.jpg)




















