Bu gün Şəki qazsız qalacaq

Bu gün Şəki qazsız qalacaq

28 Mart 2013 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Şəkidə qaz olmayacaq. Oxumeni.az-ın ARDNŞ-in "Azəriqaz" İB-ə istinadən verdiyi xəbərə görə 28 mart 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək təmir işləri ilə əlaqədar olaraq Şəki rayonuna təbii qazın verilişində fasilələr yaranıb. Məlumatda deyilir ki, təmir işləri aparılan müddətdə rayonun "Cəfərabad" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılıb.

O.M.