Qubaya təyyarələr enib-qalxacaq
Şimal bölgəsində hava limanının harda olacağı bəlli olub. Yeni tikiləcək aeroport Qubanın Dəlləkkənd, Ağbil və Vladimirovka kəndləri əhatə edəcək ərazilərə düşür. Qudyalçayın sağ sahilində tikiləcək yeni standartlara uyğun hava limanı Şimal rayonları və qonşu Rusiya üçün daha əlverişli olacaq. Bu aeroport o qədər böyük olacaq ki, 600 hektar əraziyə artıq mütəxəsislər tərəfindən baxış keçirilir. Həmin ərazilərdə artıq torpaq nümunələri alınaraq ekspertiziyaya gondərilib. Bir neçə gündür ki, Qubaya səfərə gələn mütəxəssislər artıq Qubanın bir neçə kəndinin ərazisini əhatə edən böyük bir ərazidə baxışlar keçirir və özüllər qazınır.
Yeni tikiləcək hava limanı Qubanın çaykənarı və bağ sahələrini də əhatə edəcək. 600 hektardan çox bağbanların bağ və əkin sahələri də həmin ərazilərə salınıb. Quba Rayon İcra Hakimiyyətinin I-ci müavini Yusif Abidov bildirir ki, bu layihənin çoxdandır ki, şimal bölgəsində harada tikiləcəyi bəlli deyildi. İndi artıq yeni hava limanının Quba ərazisində olacağı təsdiqlənib. Paytaxtdan mütəxəssislərin də dəvət olunduğunu bildirən RİH-nin müavini onu da əlavə edib ki, bu hava limanı şimal bölgəsi üçün həm turizm baxımından və həm də xarici sərmayələrin yatırılması baxımından - Qubada böyük iş yerlərinin açılması deməkdir.
600 hektar ərazidə tikiləcək aeroport həmin ərazidə olan bağ sahiblərini də narahat etmir, əksinə, onlar da bu böyük aeroportun tikilişindən razılıq edirlər.
O.M.

































.jpg)




























































