12 yaşlı uşaq qarın ağrısından öldü?

12 yaşlı uşaq qarın ağrısından öldü?

27 Mart 2013 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının ən böyük xəstəxanası olan Kliniki Tibbi Mərkəzdə 12 yaşlı oğlan ölüb. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ev 51T ünvanında yaşayan Həsənov Nihat Boris oğlu kəskin qarın ağrısı diaqnozu ilə xəstəxanasına aparılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmə oğlan orada dünyasını dəyişib. Faktla əlaqədar araşdırmalar aparılır. Ölümün dəqiq səbəbini müəyyən etmək məqsədi ilə ekspertizalar təyin olunub.

O.M.