Novruz 37 can aldı

Novruz 37 can aldı

27 Mart 2013 10:36
Bəyəndim (0) Bəyənmədim (0)
Bayram günlərində Azərbaycan ərazisində baş verən yol qəzalarında 37 nəfər ölüb, 144 nəfər xəsarət alıb

Bayram günlərində respublika ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 100-ə yaxın yol qəzası qeydə alınıb. Nəticədə 37 nəfər ölüb, 144 nəfər xəsarət alıb. Qeyd edək ki, ötən il Novruz bayramı günlərində respublikada baş verən 68 yol qəzasında 17 nəfər ölüb, 73 nəfər xəsarət alıb.

O.M.