Ağır yük maşınları Bakıya buraxılmayacaq

Ağır yük maşınları Bakıya buraxılmayacaq

27 Mart 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın inkişaf etmiş ölkələrində ağır yük maşınları şəhərlərə buraxılmır. Bununla da şəhərin yollarının bərbad hala düşməsinin, çirklənmənin qarşısı alınıb.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlamasında bildirib ki, Bakı şəhərində də gələcəkdə yük maşınlarının şəhərə buraxılmaması gözlənilir. Onun sözlərinə görə, bunun üçün şəhərətrafı qəsəbələrdə yük terminalları tikilməsi planlaşdırılır. Qurum rəsmisi qeyd edib ki, bu yolla ağır yük götürən maşınlar yükünü həmin terminallara boşaltmalı, kiçik tutumlu nəqliyyat vasitələri ilə şəhərə daşınmalıdır: "Bu işin tədbirlər planına salınması gözlənilir. Hələlik həmin iş tədbirlər planında hökumətə təqdim edilməyib. Son variant üzərində işlənilir. İstəyirik ağır yükgötürən maşınlar şəhərə girməsin".

O.M.