İkinci qrup əlil yatağında diri-diri yandı

İkinci qrup əlil yatağında diri-diri yandı

19 Mart 2013 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata gör, Balaxanı qəsəbəsinin Müsavat küçəsi 62 ünvanında yanğın hadisəsi baş verib. Yanğın mənzildəki yataq dəstini əhatə edib və evi tüstü bürüyüb. Hadisə vaxtı mənzildə olan 2-ci qrup əlil, 1968-ci il təvəllüdlü Məmmədov Məmmədəli Aqil oğlu elə yataqdaca yanaraq ölüb. Verilən məlumata görə, M.Məmmədov spirtli içki aludəçisi olub. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Faktla əlaqədar ekspertizalar təyin edilib, araşdırmalar aparılır.

O.M.