Gəncədə 15 yaşlı qız dərmandan zəhərlənib
Gəncədə 15 yaşlı dərmandan zəhərlənib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini 1998-ci il təvəllüdlü Nigar Ələkbərov huşsuz vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Ona təcili tibbi yardım göstərilib. Səhhətinin ağır olduğu bildirilir. Məlumata görə N. Ələkbərova müalicə məqsədi ilə İran İslam Respublikasında alınan dərmanları içərkən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər









































.jpg)




















































