Dəm qazı 5 yaşlı uşağı ölümə apardı

Dəm qazı 5 yaşlı uşağı ölümə apardı

18 Mart 2013 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 5 yaşlı uşaq dəm qazından boğularaq ölüb. Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 17-də rayonun Əliyar Əliyev küçəsi ev 67, mənzil 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 2008-ci il təvəllüdlü Səid Fətəliyev dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.