Əkrəm Əylislinin oğlu zərbə aldı!

Əkrəm Əylislinin oğlu zərbə aldı!

18 Mart 2013 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Televiziyasının efirində rus dilində yayımlanan "Çto? Qde? Koqda?" proqramında çıxış edən Əkrəm Əylislinin oğlu İlyas Naibov layihədən kənarlaşdırılıb.
Bu barədə "Qafqazinfo"ya məlumat daxil olub. Əylislinin telelayihədən uzaqlaşdırılmasının səbəbini öyrənmək üçün "Çto? Qde? Koqda?" proqramının Azərbaycan üzrə təmsilçisi Gametv.az prodüser mərkəzinin rəhbəri Balaş Qasımovla əlaqə saxladıq. B. Qasımov açıqlamasında İlyas Naibovun layihədən uzaqlaşdırılmayıb, sadəcə komandasının dəyişdirildiyini deyib: "Əslində, bu qərar ötən ilin noyabr ayında verilib. Amma oyun mart ayına təyin olunmuşdu".

İ.Naibov-Əylislinin atası Ə.Əylislinin məlum "Daş yuxular"ı üzündən bu addımın atıldığını soruşduqda isə B. Qasımovun cavabı belə olub: "Biz siyasətdən uzağıq". Qeyd edək ki, "Çto? Qde? Koqda?" proqramının Azərbaycanda rus dilində yayımlanması da müxtəlif vaxtlarda müzakirə mövzusu olub. Azərbaycan teleməkanında Milli Teleradio Şurasının xarici dillərdə proqramların qanunla qadağan olunmasını bəyan etməyinə baxmayaraq bu yarışma hələ də yayımlanır.

O.M.