Gəncədə qapısı kilidli olan evdə köməksiz qalan uşaqlar xilas edildi
Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, martın 18-də gecə "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 2 azyaşlı uşağın giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qaldıqları barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə eyvandan mənzilə daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 01:40-da başa çatıb.
O.M.
Digər xəbərlər














































.jpg)
.jpg)
.jpg)












































