Bakıya yağış yağacaq
Rayonlara isə sulu qar...
Həftənin ilk iş günü paytaxt Bakıda hava nisbətən yağmurlu olacaq, temperatur nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava dəyişkən buludlu olacaq, gecə və axşam yağış yağacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq. Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
O.M.
Digər xəbərlər

































.jpg)




























































