Ağdamda əsgərimiz yaralanıb

Ağdamda əsgərimiz yaralanıb

18 Mart 2013 09:30
Bəyəndim (0) Bəyənmədim (0)
Onun vəziyyəti isə ...

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
Ordumuzun əsgəri, 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. O bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir. Qeyd edək ki, C. Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

O.M.