KİVDF qalibləri açıqladı
15 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, şura üzvlərini iclasın gündəliyi ilə tanış edib.
Şuranın sədri "2013-cü il Novruz Bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsi"nin nəticələri ilə bağlı məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli müsabiqəyə 10 istiqamət üzrə 83 yazının daxil olduğunu və 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirdi. Yazıların hər biri 3 ekspert tərəfindən qiymətləndirmişdir. Qaliblərin, müəyyənləşdirilməsi üçün V. Səfərli ekspert rəylərinin nəticələrini şura üzvlərinə təqdim etdi.
Şuranın üzvü Əflatun Amaşov bildirdi ki, "bu müsabiqələrin, jurnalistlərin peşə hazırlığının artırılmasında böyük rolu olduğunu qeyd etdi. Yazıların məzmunundan görünür ki, getdikcə jurnalistlərin peşəkarlığı artır". Məsələ ilə əlaqədar digər şura üzvləri də öz müsbət fikirlərini bildirdilər. Gələcəkdə də belə müsabiqələrin sayının artırılmasını məqsədəuyğun hesab etdilər.
Müsabiqənin şərtlərinə görə 10 istiqamət üzrə ən yüksək bal toplamış 30 jurnalist qalib hesab edildi.
Bundan əlavə yüksək bal toplamış, lakin qaliblər sırasına düşə bilməyən 10 jurnalistə isə, həvəsləndirici mükafatların verilməsinə qərar verildi.
Beləliklə, 30 qalib jurnalistin hər birinə 1000 (bir min) AZN, 10 jurnalistə isə 300 (üç yüz) AZN məbləğində mükafatın verilməsi haqda qərar qəbul edildi.
Qaliblər
1. Musayev Hümbət Kazım oğlu "Respublika" qəzetinin
Baş redaktorunun müavini
2. Rəhimzadə Nail Arif oğlu "İki sahil" qəzetinin bölmə müdiri
3. Əliyev Abdulla Hacıağa oğlu "Göyçay" qəzetinin redaktoru
4. Nuriyev Azər Vasif oğlu "Kaspi" qəzetinin şöbə müdiri
5. Fərzullalı Zahid Səfər oğlu "Yeni Musavat" qəzetinin redaktoru
6. Bağırlı Böyükxan Yadulla oğlu "Yeni Gün" qəzetinin baş redaktoru (Cəlilabad)
7. Kərimova Şəmsiyyə Musa qızı "Yeni təfəkkür" qəzetinin baş redaktoru
8. Rəsulov Qvami Məhəbbət oğlu "Zaman Azərbaycan" qəzetinin şöbə müdiri
9. Məmmədov Muxtar Məmməd oğlu "Şərq qapısı" qəzetinin
məsul katibi
(Naxçıvan MR)
10. Abbaslı Adəm Famil oğlu "Azadinform" Müstəqil İnformasiya agentliyi
11. Quliyev Cəmaləddin Həsən oğlu "Publika.az" informasiya portalı
12. Abdullayev Anar Bayram oğlu "Şərq" qəzetinin redaktoru
13. Məmmədov Elşən Ağamirzə oğlu "Lent.az" informasiya agentliyi
14. İsmayılov Nadir Nəbi oğlu "Yeni Azərbaycan" qəzetibib şöbə redaktoru
15. Maxsudova Lalə Ziyad qızı "Qobustan" qəzetinin
baş redaktoru
16. Səfərova Samirə Məmmədhənifə qızı "Bakı xəbər" qəzeti baş redaktorun müavini
17. Əliyev Rauf Feyzulla oğlu "Xalq" qəzetinin siyasi analitik qrupun üzvü
18. İbrahimov İbrahim Bəxtiyar oğlu "Zaqatala" qəzetinin redaktoru
19. Bayramov Mübariz Ramiz oğlu "Mövqe" qəzetinin müxbiri
20. Quliyeva Gültəkin Ələsgər qızı "Modern.az" informasiya portalının müxbiri
21. Hüseynzadə Fuad Abı oğlu "Palitra" qəzetinin müxbiri
22. Həsənov Əlisəfa Ağaxan oğlu "Respublika" qəzetinin
Bölgə müxbiri
23. Əfəndiyeva Xavər Mustafa qızı "Şəlalə" qəzetinin redaktor müavini
(Qax rayonu)
24. İbrahimov Əli Zülfüqar oğlu "Həftə içi" qəzetinin müxbiri
25. Həsənov Vaqif Cəlil oğlu "Bakı xəbər" qəzetinin redaktoru
26. Bayramov Nardar Məmməd oğlu "Yeni Azərbaycan" qəzetinin müxbiri
27. Nəsibova Xanım Hopal qızı "Kür" qəzetinin müxbiri (Yevlax)
28. Abdullayeva Fəxriyyə Sakit
qızı "Mədəniyyət" qəzetinin müxbiri
29. Məmmədova Aytən Əmrah qızı "Azadlıq" qəzetinin müxbiri
30. Niftəliyev Bayram Qiyas oğlu "Qayıdış" qəzetinin
müxbiri (Füzuli rayonu)
Həvəsləndirici mükafat alan jurnalistlər
1. Salahov Elxan İsa oğlu "Həftyə içi" qəzetinin redaktoru
2. Aslan Aqil İsmayıl oğlu "Ekspress" qəzetinin müxbiri
3. Nəbili Emin Ağahüseyn oğlu "Üç nöqtə" qəzetinin müxbiri
4. Əliyev Azad Akif oğlu "Həftə içi" qəzetinin müxbiri
5. Quliyev Mirbağır Balaoğlan oğlu "Xalq" qəzetinin əməkdaşı
6. Məlikov Rüstəm Sadıq oğlu "Qələbə" qəzetinin Baş redaktoru
(Salyan)
7. Quluyevə Zülfiyyə Telman qızı "Mövqe" qəzetinin müxbiri
8. Həmidli Sevinc Mürvət qızı "525-ci qəzet"in müxbiri
9. Namazov Elçin Sabir oğlu "İki sahil" qəzetinin şöbə müdiri
10. Hüseynova Pərvanə Rafiq qızı "The business times" qəzetinin müxbiri
O.M.

































.jpg)




























































