Bakıda möhtəşəm Novruz şənliyi keçirilib

Bakıda möhtəşəm Novruz şənliyi keçirilib

15 Mart 2013 13:38
Bəyəndim (0) Bəyənmədim (0)
Tədbir valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün keçirilib

İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi Şirvanşahlar Sarayı Kompleksində bu gün Novruz bayramına həsr olunmuş "Səməni, saxla məni" adlı ədəbi tədbir keçirilib. Tədbir Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar - 1 saylı internat məktəbinin uşaqları üçün keçirilib. Tədbirdə Kosa, Keçəl də öz şən oyunları ilə uşaqları darıxmağa qoymayıblar, onların üzündən gülüş əskik olmayıb. AMEA Folklor İnstitutunun "İrs" ansamblının ifasında xalq və aşıq musiqisi, milli rəqslər, eləcə də meydan-tamaşa, oyun və məzhəkələr nümayiş olunub. Sonda Bakının qədim hissəsi ilə tanışlıq məqsədilə internat məktəbinin uşaqları üçün İçərişəhərdə və Şirvanşahlar Sarayında ekskursiyalar keçirilib.

O.M.