Sərnişin avtobusu dəhşətli qəzaya düşüb: ölənlər var

Sərnişin avtobusu dəhşətli qəzaya düşüb: ölənlər var

15 Mart 2013 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Qazax yolunun Şəmkirdən keçən hissəsində "İkarus" markalı sərnişin avtobusu ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə avtomobilin sürücüsü Ayxan Abbasov və sərnişini Samir Cəfərov hadisə yerindəcə keçinib. Faktla əlaqədar cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

O.M.