27 dərəcə istiyə hazır olun!

27 dərəcə istiyə hazır olun!

15 Mart 2013 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın havası...

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə duman, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Martın 16-da bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 6-15 gündüz, 18-23, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq. Martın 16-da və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.