"Əli Insanova həbsxanada işgəncə edilir"

"Əli Insanova həbsxanada işgəncə edilir"

15 Mart 2013 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Sevindirici haldır ki, Avropa məhkəməsi işgəncə faktlarını sübuta yetirdi. Bundan sonra Azərbaycan dövləti Avropa məhkəməsi ilə məktublaşacaq. Ona dəymiş olan maddi və mənəvi zərər Azərbaycan hökuməti tərəfindən ödəniləcək".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Avropa Məhkəməsinin sabiq səhiyyə naziri Əli İnsanov haqqında çıxardığı qərarı şərh edərkən deyib. Elçin Behbudov bildirib ki, Əli İnsanov sabiq səhiyyə naziri olsa da, məhkum həyatı yaşayır: "Onun da bir məhbus kimi hüquqları var. Əli İnsanov dəfələrlə penitensiar xidmətə zəng edərək hüquq müdafiəçisi və İşgəncələrə Əleyhinə Komitənin sədri kimi mənimlə görüşmək istəyib. Amma müvafiq qurum buna imkan verməyib".
Onun sözlərinə görə, Əli İnsanovun ciddi şəkildə hüquqlarını pozublar: "Bunu məqsədyönlü şəkildə həyata keçiriblər. Əli İnsanov dəfələrlə ona psixoloji, mənəvi, fiziki təzyiqlərin olduğunu bildirib. Bu məsələni yerindəcə həll edib məmurları cəzalandırmaq olardı. Amma Əli İnsanov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi. Sevindirici haldır ki, Avropa məhkəməsi işgəncə faktlarını sübuta yetirdi. Bundan sonra Azərbaycan dövləti Avropa məhkəməsi ilə məktublaşacaq. Ona dəymiş olan maddi və mənəvi zərər Azərbaycan hökuməti tərəfindən ödəniləcək.

O.M.