50 yaşlı kişini maşın vurub öldürdü
Bu gün saat 01 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Naximov küçəsi 13B ünvanının qarşısında naməlum avtomobil 1963-cü il təvəllüdlü Məmmədov Elnur Fərəməz oğlunu vurub. Piyada hadisə yerindəcə ölüb. 50 yaşlı E.Məmmədovu vuran avtomobil hadisə yerindən uzaqlaşıb. Hazırda sürücü və avtomobilinin müəyyən edilməsi istiqamətində iş aparılır.
O.M.
Digər xəbərlər







































































.jpg)
.jpg)
.jpg)



















