Krasnoyarskda azərbaycanlı tikinti meydançasında ölüb

Krasnoyarskda azərbaycanlı tikinti meydançasında ölüb

11 İyul 11:43
Bəyəndim (4) Bəyənmədim (0)


Rusiyanın Krasnoyarsk şəhərində, Semafornaya küçəsində inşa olunan 25 mərtəbəli yaşayış binasının tikintisində 56 yaşlı azərbaycanəsilli fəhlə faciəvi şəkildə ölüb. Bu barədə “Oxuməni.az” Rusiya mətbuatına istinadən xəbər verir.
Prokurorluq müəyyən edib ki, qəza zamanı kranın bumu altında beton konstruksiyaların qəlib sipəri sökülüb. Lövhələrdən birini qaldıran kran operatoru yükün ötürülməsi barədə səsli xəbərdarlıq siqnalı verib, lakin altındakı fəhlə reaksiya verməyib və konstruksiya elementi onun başına düşüb.
Mərhumun əynində xüsusi geyim və tikinti dəbilqəsi olmasına baxmayaraq, aldığı xəsarətlər həyatla bir araya sığmır.
İstintaq Komitəsinin məlumatına görə, metal konstruksiya 12-13-cü mərtəbə hündürlüyündən yerə düşüb.
“İlkin məlumatlara görə, mərhum tikintidə ümumi fəhlə funksiyasını yerinə yetirirmiş, rəsmi olaraq podratçı şirkətdə işləyirmiş.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 2-ci bəndi (tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan) üzrə cinayət işi başlanıb.
Qeyd edək ki, prokurorluq cinayət işinin istintaqını nəzarətə götürüb. Nəzarət orqanı işəgötürənin əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qanunvericiliyinə riayət etməsini də yoxlayacaq. Region üzrə dövlət əmək müfəttişliyinin və “Rostexnadzor”un mütəxəssisləri də araşdırmalara cəlb olunublar.
Almaz Həsənli