Xəzər iki dəfə silkələnib

Xəzər iki dəfə silkələnib

11 Mart 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, ilk zəlzələ martın 10-da saat 09.29-da Xəzər dənizində, Qala stansiyasından 120 km şərqdə qeydə alınıb. Maqnitudası 3.50, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb. İkinci təkan isə martın 10-da saat 14.41-də Xəzər dənizində, Bakı şəhərindən 139 km şərgdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.30, dərinliyi 38 km olub. Zəlzələ hiss olunmayıb.

O.M.