Göygöldə birmərtəbəli evin yataq otağı əşyaları ilə birgə yanıb
Göygöl rayonunun Mixaylovka kəndində yaşayış evi yanıb. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Yanğından Mühafizə Hissəsinin baş inspektoru Vaqif Süleymanov verib. Onun sözlərinə görə, kənddə Xədicə Həsənovaya məxsus birmərtəbəli evin yataq otağı əşyaları ilə birgə yanıb. Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb edilib. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərinin qısaqapanmasından yaranıb.
O.M.
Digər xəbərlər





























































































