Toyda 31 yaşlı oğlan qəflətən öldü
Bakıda şadlıq evində ölüm hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, şadlıq evlərindən birində məclis zamanı qonaqlardan biri - 1982-ci il təvəllüdlü Heydərov Mais Nəcəf oğlunun vəziyyəti qəflətən pisləşib. Şadlıq evinə dərhal təcili tibbi yardım çağırılıb. M. Heydərov 7 saylı təcili tibbi yardım stansiyasına aparılarkən yolda keçinib. Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı M. Heydərov bir il əvvəl ürəyindən əməliyyat olunub. Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub. Araşdırmalar aparılır.
O.M.
Digər xəbərlər

































.jpg)
.jpg)
.jpg)
























































