Cəbhə xəttində atəşkəs pozuntuları davam edir
Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçılar Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndi yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər


















































































.jpg)
.jpg)
.jpg)









