Parkda 48 yaşlı kişi meyiti tapıldı
Bakının Nəsimi rayonu ərazisində yerləşən parkdan kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gecə saat 03:15 radələrində 28 May küçəsi 33 ünvanında yerləşən Səməd Vurğun bağından tapılmış şəxs xəstəxanaya aparılsa da, o ölmüş vəziyyətdə olub. Onun ölməmişdən əvvəl spirtli içki qəbul etdiyi məlum olub. Ölən şəxsin tüfeyli həyat sürən 48 yaşlı Xəzər rayon sakini Şakir Əzizov olduğu müəyyən edilib. Ş.Əzizovun meyiti ekspertizaya göndərilib. Ölümün toksiki ensefalopatiya və beyin ödəmi səbəbindən baş verməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər

































.jpg)




























































