
Çeçenistanda iki mücahid öldürülüb
Çeçenistanda Türkiyə vətəndaşı olduğu iddia edilən bir mücahid öldürülüb. Kürd
əsilli olan türkiyəlinin Çeçenistan mücahidlərinin rəhbəri olduğu açıqlanıb. Prezident
Ramzan Kadirov bölgədə Səlauddin ləqəbi ilə tanınan mücahidin öldürüldüyünü
bildirib. O, "Bu gün gecə saatlarında Vedenski bölgəsində keçirilən
əməliyyatda iki mücahid öldürülüb. Aparılan araşdırmalar nəticəsində bəlli olub
ki, cənubi Qafqazdakı mücahid dəstələrinə rəhbərlik edən və Səlauddin ləqəbi
ilə tanınan şəxs kürd əsilli Türkiyə vətəndaşıdır və buraya silahlı mübarizə
aparmaq üçün gəlib", - deyə söyləyib. Öldürülən ikinci şəxsin Candulla
adlı mücahid olduğunu söyləyən Kadirov bu şəxsin bölgədə fəaliyyət göstərən
Muskiyev terror təşkilatının lideri olduğunu söyləyib. O, qeyd edib ki, bu ərazilərdə
mücahidlərə qarşı amansız mübarizə davam etdiriləcək.
Ən yaxşı terrorçu ölü terrorçudur...
Elvin Babayev
O.M.