Bu gün Səbail rayonu susuz qalacaq
Bu gün Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin mətbuat xidməti şöbəsindən verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar gün ərzində Bibiheybət qəsəbəsinə və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.
O.M.
Digər xəbərlər

































.jpg)




























































