Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı, Mərzili, Cəvahirli kəndləri və Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər





























































































