Yasamalda "BMW" polis kamerasını aşırdı

Yasamalda "BMW" polis kamerasını aşırdı

1 Mart 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəzərov Vasif Əbülfət oğlunun idarə etdiyi "Bmw" markalı minik avtomobili Şərifzadə küçəsində yerləşən təhlükəsizlik kamerasının dirəyinə çırpılıb. Zərbənin gücündən kameraların quraşdırıldığı dirək yerindən çıxaraq yola aşıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü qəzanı qarşısına çıxan piyadaları vurmamaq üçün avtomaşını onlardan yayındıraraq törədib. Faktla bağlı Yasamal rayon dövlət yol polisi şöbəsində araşdırmalar aparılır.

O.M.