
13 milyon çinli qeydiyyatsız yaşayır
Çində son aparılan araşdırmalara görə, ölkədə 13 milyon vətəndaşın qeydiyyatı olmadığı bildirilib. Bu göstəricinin daha çox Çində hələ də "tək uşaq" qadağasını qəbul etməyən ailələrlə bağlı olduğu qeyd olunub. Bu ölkədə kəndlilər və milli azlıqlar istisna olmaqla, qalan xalqın sadəcə bir uşaq dünyaya gətirmə haqları var və ikinci uşaq olarsa, dövlət tərəfindən pul cəzalarına məhkum edilirlər.
Belə çıxır ki, Çində çoxuşaqlı analar qəhrəman ana yox, xalq düşməni sayılır...
Tofiq Əliyev
O.M.
Digər xəbərlər