Qazaxıstanda məktəbdə uşaqlar kütləvi zəhərlənib

Qazaxıstanda məktəbdə uşaqlar kütləvi zəhərlənib

10 Sentyabr 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Munaylı rayonundakı 8 saylı məktəbdə uşaqların kütləvi zəhərlənməsi baş verib. Uşaqlar qarın ağrısından və bədən istiliyindən şikayət edirdilər. Əvvəlcə 58 zərərçəkən barədə məlumat verilib, daha sonra onların sayı 460-a çatıb. Polis faktla bağlı Cinayət Məcəlləsinin 304-cü – “Sanitar qaydalarını və ya gigiyena normalarını pozma” maddəsi ilə cinayət işi açıb.

Rayon səhiyyə şöbəsinin müdiri Bekbolat İzbasarovun son məlumatına görə, uşaqların vəziyyəti yaxşılaşır. Artıq bir çox uşaq evə buraxılıb.

Rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən iki uşaq daimi həkim nəzarətindədir. Yaxın günlərdə onlar ümumi palataya köçürülə bilərlər. Uşaqların həyatı təhlükədə deyil.

460 uşağın zəhərləndiyi məktəb yeməkxanasına xidmət edən sahibkar cəzalandırılıb. Bunu Qazaxıstanın Manqistau vilayətinin sanitar-epidemioloji nəzarət departamentinin rəis müavini Berdibek Saraltayev deyib.

Onun sözlərinə görə, sahibkar 2024-cü ilin martında 425-ci maddənin 1-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilib: o, sanitariya-epidemioloji normalar sahəsində sağlamlığa zərər vurmayan tələbləri pozub

Oxuməni.az