Saratov vilayətinə PUA-nın hücumu zamanı onlarla avtomobil zədələnib
Ukraynaya məxsus pilotsuz təyyarənin Saratov vilayətinin Engels şəhərində evə hücumu nəticəsində azı iyirmi avtomobilə ziyan dəyib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Şahidlərin çəkdiyi kadrlarda dron hücumundan sonra asfaltda qalan dağıntılar görünür. Yaşayış binasına ziyan dəyib, bəzi avtomobillərin şüşələri sınıb və ya dam örtüyü əzilib.
“Hücum yerli vaxtla səhər saat altıda başlayıb. Dinc sakinlər arasında itkilərin olub-olmadığı hələlik məlum deyil”, - deyə məlumatda bildirilir.
Avqustun 22-də səhər saatlarında Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Volqoqrad vilayəti üzərində səmada Ukrayna Silahlı Qüvvələrinə məxsus 13 pilotsuz təyyarənin vurulduğunu bildirib. Baza Telegram kanalı hədəflərdən birinin Marinovka hərbi aerodromu olduğunu istisna etməyib.
Oxuməni.az