Qəzaya uğrayan Tu-22M3 təyyarəsinin pilotlarından biri dünyasını dəyişib
Rusiya Federasiyasının İrkutsk vilayətində Tu-22M3 hərbi təyyarəsi qəzaya uğrayıb. Dörd pilotdan biri həlak olub. Bu barədə RBC-Ukrayna Rusiyanın Telegram kanallarına istinadən məlumat yayıb.
Regionun qubernatoru İqor Kobzevin sözlərinə görə, təyyarənin qəzaya uğradığı yerdə iş bütün gecə davam edib.
“Təəssüf edirəm ki, pilotlardan birini xilas etmək mümkün olmayıb”. .
Onun sözlərinə görə, qalan pilotların müxtəlif dərəcəli xəsarətləri var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Oxuməni.az
Digər xəbərlər





























































































