Rusiyalı helikopter  pilotu  vulkanla selfi çəkmək istəyib və nəticədə helikopteri zədələyib

Rusiyalı helikopter  pilotu  vulkanla selfi çəkmək istəyib və nəticədə helikopteri zədələyib

9 Avqust 11:33
Bəyəndim (16) Bəyənmədim (0)

Robinson R44 Raven helikopterinin pilotu Rusiyanın ən çox vulkanlar olan bölgəsində, Kamçatkada vulkanla şəkil çəkdirmək istəyib və helikopteri yan tərəfə çevirib. Bu barədə Mash Telegram kanalı yazır.

Dəqiqləşdirilir ki, rusiyalı Oleq K.-nin texniki uçuş həyata keçirdiyi zaman və planlaşdırılmadan Malı Semyaçik vulkanı yaxınlığında helikopteri eniş edib . Pilot vulkanın yanından uçduğunu etiraf edib və onun kraterindəki gölün fonunda şəkil çəkdirmək istəyib. Helikopterdə pilot tək olub, sərnişin olmayıb , özü isə xəsarət almayıb.

Mash Telegram kanalı yazır ki , eniş zamanı 25 milyon rubl dəyərində olan Robinson R44 Raven helikopterinin qanadları zədələnib. Nəqliyyat prokurorluğu qəza ilə maraqlanıb və RusiyaFederal Hava Nəqliyyatı Agentliyinin(Rosaviasiya) nümayəndələri hadisə yerinə uçub.

Avqustun 8-də səhər saatlarında Robinson helikopteri Malı Semyaçik vulkanı yaxınlığında tapılıb. Bildirilir ki, ıstintaqçılar yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi açıblar.

Almaz Həsənli