Belarus qətldə təqsirləndirilən vətəndaşını Türkiyəyə təhvil verəcək

Belarus qətldə təqsirləndirilən vətəndaşını Türkiyəyə təhvil verəcək

30 İyul 2024 18:20
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Baş Prokurorluğu Türkiyə Ədliyyə Nazirliyinin Türkiyə vətəndaşının qətlə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təhvil verilməsi ilə bağlı vəsatətini təmin edib. Bu barədə Belarus Baş Prokurorluğu məlumat yayıb.

İdarədən verilən məlumata görə, Belarus Daxili İşlər Nazirliyinin Cəzaların İcrası İdarəsinə “Türkiyə Respublikasının səlahiyyətli orqanları ilə razılaşdırılaraq, təqsirləndirilən şəxslərin Türkiyə tərəfinin konvoyuna təhvil verilməsi” barədə göstəriş verilib.

Türkiyədə araşdırılan cinayət işinin materiallarına görə, münaqişə zamanı təqsirləndirilən şəxs tapançadan azı səkkiz dəfə zərərçəkmişlərdən birinə atəş açıb və o, aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib. Daha sonra müttəhim başqa bir qurbanı ayağından güllələyib.

Türkiyə vətəndaşının ekstradisiyası haqqında qərar dövlətlər arasında mülki, iqtisadi və cinayət işlərində hüquqi yardım haqqında sazişə uyğun olaraq qəbul edilib, Belarus prokurorluğu izah edib.

Oxuməni.az