Alimlərin yeni araşdırması: Meşə yanğınları beyinə də mənfi təsir göstərir

Alimlərin yeni araşdırması: Meşə yanğınları beyinə də mənfi təsir göstərir

30 İyul 2024 08:51
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ tədqiqatçıları havanın çirklənməsinə səbəb olan amillər arasında meşə yanğınlarının tüstüsünün insan beyninə ən çox mənfi təsir göstərə biləcəyini aşkar ediblər.
ABŞ-da aparılan və nəticələri Alzheimer Dərnəyinin Beynəlxalq Konfransında təqdim edilən araşdırma, yanğın tüstüsünün təsirinin intensivliyindəki hər mikroqram artımın demans diaqnozu ehtimalını təxminən 21 faiz artırdığını göstərdi.
Vaşinqton və Pensilvaniya universitetlərindən olan elm adamları 2009-2019-cu illər arasında Cənubi Kaliforniyada yaşayan 1,2 milyon yaşlı insanın sağlamlıq qeydlərini araşdırıblar.
Tədqiqatçılar havanın çirklənməsinə səbəb olan PM 2.5 (diametri 2,5 mikrometrdən az olan incə hissəciklər) 3 il ərzində insanların nə qədər məruz qaldığını hesablamaq üçün hava keyfiyyəti məlumatlarından istifadə ediblər.
Tədqiqatçılar, sözügedən məlumatların meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsinin beyin funksiyalarına mənfi təsirinin daha yüksək olduğunu ifadə edə biləcəyini ortaya qoydular.

Oxuməni.az