
Volqoqrad yaxınlığında baş verən qatar qəzasında ölənlərin sayı 140-a çatıb
Volqoqrad yaxınlığında baş verən qatar qəzasında xəsarət alanların sayı 140 nəfərə çatıb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Bundan əvvəl 100 qurbandan söhbət gedirdi.
Volqoqrad vilayətində Kazan-Adler sərnişin qatarı relsdən çıxıb. Fövqəladə hadisə Kotelnikovo şəhəri yaxınlığında baş verib. Qəzaya səbəb dəmir yolu keçidində qatarla “KamAZ” markalı yük maşınının toqquşması olub.
“İlkin məlumatlara görə, 20 vaqondan 9 vaqon və bir elektrovoz relsdən çıxıb. Qatarda 812 nəfər olub”, - deyə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qəzaya səbəb olan “KamAZ”ın sürücüsü və sərnişini sağ qalıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat İstintaq İdarəsi hadisə ilə bağlı cinayət işi açıb.
Bundan əvvəl Volqoqrad yaxınlığında baş verən qatar qəzasından sonra xəstəxanaya yerləşdirilənlərin sayı məlum olub.
Oxuməni.az