21 nəfərin öldüyü Noongah gəmisi 55 ildən sonra üzə çıxıb

21 nəfərin öldüyü Noongah gəmisi 55 ildən sonra üzə çıxıb

26 İyul 2024 07:59
Bəyəndim (0) Bəyənmədim (0)


1969-cu ildə Avstraliyada polad daşıyarkən fırtınaya tutularaq batan və 26 ekipajdan 21-nin həlak olduğu yük gəmisinin qalıqları 55 ildən sonra tapılıb.
25 avqust 1969-cu ildə Avstraliyada baş verən hadisədə lövbər daşıyan 71 metr uzunluğundakı Noongah gəmisi sahildən təhlükə siqnalı göndərdikdən 1 dəqiqə sonra fırtına nəticəsində batıb.
Qəza baş verən gündən taleyi məlum olmayan gəminin qalıqları ilk dəfə ötən il yerli sakinlər tərəfindən aşkar edilib. Sidneydən 460 km şimalda, dərin sularda dağıntı aşkarlanıb.
Bildirilib ki, gəminin yeri dəniz dibinin yüksək rezolyusiyaya malik xəritələşdirilməsi və video görüntülərdən istifadə etməklə təsdiqlənib.

Oxuməni.az