Torpaq sürüşmələri nəticəsində 50-dən çox adam ölüb

Torpaq sürüşmələri nəticəsində 50-dən çox adam ölüb

23 İyul 2024 18:38
Bəyəndim (0) Bəyənmədim (0)

Efiopiyanın cənubundakı torpaq sürüşmələri nəticəsində azı 50 nəfər həlak olub, yerli hakimiyyət orqanları bildirib. Bu barədə BBC məlumat yayıb.

İyulun 21-də axşam saatlarında və iyulun 22-də səhər saatlarında Qofa zonasının ucqar dağlıq ərazisində yağan güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib.

Yerli hakimiyyət orqanları sağ qalanların axtarışının davam etdiyini, lakin ölənlərin sayının daha da arta biləcəyini bildirib.

Qofa zonasının baş administratoru Meskir Mitku bildirib ki, qurbanlar arasında qadınlar, uşaqlar və polis məmurları var.

“Bazar ertəsi səhər yerli sakinlər, o cümlədən polis ilk sürüşmə zamanı zərər çəkmiş insanları xilas etmək üçün əraziyə toplaşıb. Saat 10:00 radələrində ikinci sürüşmə baş verdi və ora toplaşanlar onun altında qalaraq öldülər”.

Qofa, paytaxt Əddis-Əbəbədən təxminən 320 km cənub-qərbdə yerləşən Cənubi Efiopiya əyalətinin bir hissəsidir.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, Cənubi Efiopiya son aylarda leysan yağışlar və daşqınlardan xüsusilə zərər çəkən ərazilər sırasındadır.

Oxuməni.az