Mətbuatda rusiyalı bloger MotoTani-nin Türkiyədə qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb
MotoTanya təxəllüsü ilə tanınan rusiyalı bloger Tatyana Ozolina Türkiyədə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə iyulun 22-də KaryaHaber məlumat yayıb.
KİV-in məlumatına görə, qəza ölkənin cənub-qərbində Milas Seke şossesində Tatyana ilə türkiyəli motosikletçi Onur Obutun motosikletlərinin toqquşması nəticəsində baş verib.
“Toqquşma nəticəsində Onur Obut ağır xəsarət alaraq Milas Dövlət Xəstəxanasına yerləşdirilib. Tatyana Ozolina yerindəcə dünyasını dəyişib”, - məlumatda deyilir.
Oxuməni.az
Digər xəbərlər































































































