60 nəfər torpaq uçqununun altında qalaraq can verib

60 nəfər torpaq uçqununun altında qalaraq can verib

12 İyul 2024 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Nepalda iki sərnişin avtobusu torpaq sürüşməsinin altında qalıb, azı 60 nəfər itkin düşüb.

The Kathmandu Post polisə istinadən xəbər verir.

"Cümə günü Simaltalada Narayanghat-Mugling yolunda baş verən torpaq sürüşməsi nəticəsində iki sərnişin avtobusu onun altında qalıb, nəticədə azı 60 nəfər itkin düşüb", - agentlik bildirib.

Polisin məlumatına görə, bir avtobusda 24, digərində isə 41 sərnişin olub.

Həmin yolun eyni hissəsində 17 kq ağırlığında olan daş daşının digər sərnişin avtobusunun üzərinə düşməsi nəticəsində bir nəfər ölüb. Avtobus sürücüsü dünyasını dəyişib.

Axtarış-xilasetmə işləri aparmaq üçün hadisə yerinə polis gəlib.

Torpaq sürüşməsi nəticəsində yaranan dağıntılar nəqliyyatın hərəkətinə mane olub. Avtomobil Yolları Departamentinin məlumatına görə, yolda hərəkətin bərpası təxminən dörd saat çəkəcək.

Oxuməni.az