Dəhşətli qəzada 20 nəfər ölüb, 25 nəfər yaralanıb

Dəhşətli qəzada 20 nəfər ölüb, 25 nəfər yaralanıb

10 İyul 11:44
Bəyəndim (0) Bəyənmədim (0)


İyulun 10-da səhər saatlarında Hindistanın şimalında avtobusun süd tankeri ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb, Reuters xəbər verir.

Qəza Dehlidən təxminən 500 kilometr cənub-şərqdə, Uttar Pradeş əyalətinin Unnao rayonunda sürətli yolda baş verib. Rayon polis rəisi Arvind Çaurasia bildirib ki, azı 25 nəfər yaralanıb.

Avtobus şərqdəki Bihar əyalətindən Yeni Dehliyə gedirdi. Polis hələ də avtobusda olan sərnişinlərin sayını yoxlayır.

Xəsarət alan sərnişinlər avtobus sürücüsünün avtomobili ehtiyatsız idarə etdiyini söylədilər. Hadisə onun magistral yolda süd tankerinə çırpılması zamanı baş verib.

Oxuməni.az