"Boeing 757" təyyarəsi  ilə bağlı biabırçılıqlar davam edir

"Boeing 757" təyyarəsi ilə bağlı biabırçılıqlar davam edir

9 İyul 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Los-Anceles şəhərində United Airlines-a məxsus Boeing 757 təyyarəsi hava limanında havaya qalxarkən təkəri yerindən çıxıb. Bu barədə Reuters xəbər verir. Təyyarədə 179 sərnişin və 7 ekipaj üzvü olub. Zərər yoxdur.

Təyyarə Denverdə məcburi eniş edib. Agentlik FlightRadar24-ün məlumatlarına istinadən yazır ki, təyyarənin təxminən 30 yaşı olub. Boeing 2004-cü ildə 757-nin istehsalını dayandırdı.

Daşıyıcı açıqlamasında bildirib ki, United Airlines hadisəni araşdıracaq. ABC telekanalının məlumatına görə, araşdırmanı ABŞ Federal Aviasiya Administrasiyası da aparacaq.

Oxuməni.az