12 yaşlı qızın cəsədinin parçaları tapılıb

12 yaşlı qızın cəsədinin parçaları tapılıb

5 İyul 07:31
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın Palumpa bölgəsində dərədə çimərkən timsahın hücumuna məruz qalan 12 yaşlı qızın cəsədinin parçaları tapılıb.

Quru, hava və su ilə 36 saat davam edən gərgin axtarışlar nəticəsində qızın itdiyi yerin yaxınlığından çaydan cəsəd hissələri tapılıb.

Parçaların itkin düşdüyü bildirilən qıza aid olduğunu bildirən polislər, tapılan cəsəd parçalarının üzərindəki yaraların timsah hücumunu təsdiqlədiyini açıqlayıblar.

Xatırladaq ki, Avstraliyada vəhşi heyvanların hücumları nəticəsində hər il bir çox insan həyatını itirir…

Oxuməni.az