
Aeroport yolunda maşınlar bir-birinə çırpılıb
Sabunçu Rayon Polis İdarəsindən məlumata görə, bu gün saat 9:30 radələrində keçmiş Komsomol dairəsi yaxınlığında 4 maşın toqquşub. Maşınlar hava limanından şəhər istiqamətinə hərəkət edərkən 2 "BMW", "Jiquli" və "Mercedes" markalı avtomobillər bir-birinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.
O.M.
Digər xəbərlər